Ağdaş sakinini cərəyan vuraraq öldürüb
2020-06-23 12:07
Ağdaşın Kotanarx kəndində yerli sakin, 48 yaşlı Bulud Yolçuyevi yaşadığı evdə elektrik cihazını təmir edərkən cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Vəfa Şairova