Ağdaş sakini həmyerlisini bıçaqlayıb
2020-03-17 10:05
Ağdaş sakini həmyerlisini bıçaqlayıb. Hadisə rayonun K. Kərimov küçəsində baş verib. Rayon sakini, 24 yaşlı Həsənxan Əhmədxanlı həmyerlisi, 22 yaşlı Vüsal Xəlilov ilə mübahisə edib. Nəticədə V. Xəlilov H. Əhmədxanlıya 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev