Ağdaş rayonunda çəltik yığımı başa çatıb

Bu il rayonda çəltik sahələrində məhsuldarlıq aşağı olub. 680 hektar sahədən 2 min 150 ton məhsul yığılıb. Bu da təxminən hər hektardan 3 ton 100 kiloqram çəltiyin əldə edilməsi deməkdir. Əvvəlki illərdə isə bu göstərici 7-8 ton təşkil edib. Bundan əlavə, əgər ötən il dəyirmanlarda 1 ton çəltikdən 600-700 kiloqram düyü alınıbsa, bu il həmin göstərici 200-500 kiloqram civarındadır.

Vəfa Şairova