Canlı
Ağdaş rayon sakinindən heroin götürülüb

2018-02-14 / 16:02

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Anar Süleymanov saxlanılaraq üzərinə baxış keçirilib. Bu zamanı onun üzərində bir bükümdə çəkisi 1.67 qram heroin aşkar edilərək götürülüb. Daha sonra onun yaşadığı evə baxış keçirilib. Oradan 570 qram qurudulmuş marixuana aşkarlanıb.

Vüsalə Camal