Ağdərə rayonunda mina partlayışı baş verib
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın birgə məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində Tərtər sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşərək yüngül xəsarət alıb.Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.Faktla bağlı araşdırma aparılır.Qurumlar bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
11 sentyabr 2026

