Canlı
Ağcabədidə uşaq musiqi məktəbinin binasında yanğın baş verib

2018-12-06 / 18:59

Ağcabədi rayonunun Boyat kəndində yerləşən uşaq musiqi məktəbinin binasında yanğın baş verib. 120 şagird yerlik məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılıb. Yanğına ilk müdaxiləni kənd sakinləri ediblər. Hadisə yerinə Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları da gəlib. Yanğın söndürülüb. Hadisəyə məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Yerli sakinlərin sözlərinə görə, yanğın nəticəsində təhsil ocağına ciddi ziyan dəyib.

Fərid Mehdiyev