Ağcabədidə iki avtomobil toqquşub, piyada həlak olub
2021-02-24 14:09
Ötən gün Ağcabədi şəhəri ərazisində Ağdam rayon sakininin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakininin sükanı arxasında əyləşdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ” səkidə dayanan şəhər sakini Rauf Quliyevə dəyib. O, hadisə yerində ölüb. Fakt araşdırılır.
Nərgiz camal