Ağcabədidə həyat yoldaşı və qayınatasını bıçaqlayan şəxs tutulub
2021-12-10 12:09
Ağcabədinin Ağabəyli kəndində yaşayan 37 yaşlı Aynurə Cəfərovaya və atası 63 yaşlı Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla hadisəni Aynurənin keçmiş həyat yoldaşı, 39 yaşlı İlhamiz Cəfərovun törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, tutularaq istintaqa cəlb edilib.
Nərgiz camal