Canlı
Ağcabədidə ev yanıb

2017-12-27 / 16:03

Ağcabədi rayonunda yanğın hadisəsi olub. Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 40 kv.m sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Vüsalə Camal