Ağcabədidə ermənilərin atdığı raketinin döyüş başlığı aşkarlanıb
2020-11-04 14:07
Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış “Smerç” raketi boş əraziyə düşüb. ANAMA-dan verilən məlumata görə, raket partlamayıb. Onu yerində zərərsizləşdiriblər. Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 “Smerç” raketi zərərsizləşdirilib.
Fərid Mehdiyev