Ağcabədidə avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb
Ağcabədinin Şərəfxanlı kəndində Kəhrizli kənd sakini Əliyev Mürşüd Əfqan oğlu idarə etdiyi "VAZ 2106" ilə yolu keçmək istəyən piyada Əliyev Asim İldırım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Tərtərdə də 1981-ci il təvəllüdlü İsmayılova İradə Həşim qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb