Ağcabədidə avtomobil kanala düşüb, sürücü boğulub

2019-11-30 12:03

Ağcabədidə "VAZ" markalı minik avtomobili Qarabağ su kanalına düşüb. Müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 37 yaşlı Gündüz Mirzəyevin meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ruhəngiz Hacızadə