Ağcabədi və Bakıda bıçaqlanmalar olub, 1 nəfər ölüb
Ağcabədidə 40 yaşlı Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən Tural Əhmədov saxlanılıb.
Bakıda isə 1994-cü il təvəllüdlü Ülvi Xudayev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Vüsalə Cənnətova