Ağcabədi rayonunun Sarıcalı kəndində isə vətəndaşa məxsus fərdi yaşayış evi yanıb
2020-10-05 14:08
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə təsərrüfat sahəsində yanğına səbəb olub. Ağcabədi rayonunun Sarıcalı kəndində isə vətəndaşa məxsus fərdi yaşayış evi yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından qorunub. Mərmi düşməsi nəticəsində Bərdə şəhərində vətəndaşa məxsus evin konstruksiyaları və həyətyanı sahədəki köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.
Vüsalə Camal