Ağcabədi rayon Mərkəzi xəstəxanasının direktoru rüşvətə görə həbs edilib

2020-12-15 14:05

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Baş həkimin Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən cari ilin əvvəllərindən 30 noyabradək olan müddətdə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmənin qərarı ilə baş həkim barədə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik