Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarda bioloji təhlükəsizlik və baytarlıq nəzarəti üçün zəruri infrastruktur yaradılıb.Baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub.
23 yanvar 2026

