Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatdırılıb
Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlıq çərçivəsində Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb.Bu barədə Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı zamanı məlumat verilib.Tərəflər həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələləri müzakirə ediblər.
07 sentyabr 2026

