Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri ilə məlum olub ki Bakı, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət veriləcək.

