Ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusu sökülüb
Cari ilin yanvar-avqust ayları ərzində paytaxt və regionlarda ağaclar üzərində qanunsuz yerləşdirilmiş ümumilikdə 267 reklam qurğusu demontaj edilib.Bu barədə Dövlət Reklam Agentliyindən məlumat verilib.Məlumatda bir daha vətəndaşlar və sahibkarlardan yaşıllıqlara hörmətlə yanaşmaq tələb olunub.Reklam qurğularının istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir.
08 sentyabr 2026

