Ağır qəzada körpə öldü, ata-ana sağ qaldı
Naxçıvanın Kəngərli rayonununda minik avtomobilinin aşması nəticəsində 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıb.Onların 2026-cı il təvəllüdlü oğullarının həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
23 sentyabr 2026

