Canlı
Ağır atletika üzrə Avropa çempionatının ev sahibliyi Rumıniyaya həvalə olunub

2018-02-13 / 10:03

Bu ilin 26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Bu barədə qərar Avropa Ağır Atletika və Rumıniya Ağır Atletika Federasiyaları arasında əldə olunan razılıqdan sonra verilib. Rumıniya rəsmi ev sahibi qismində Albaniyanı əvəz edəcək. Xatırladaq ki, yarışa ev sahibliyi etmək hüququndan albanlar dopinq qalmaqalına görə uzaqlaşdırılıb.

Vəfa Şairova