AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura start verilib. F qrupunda Azərbaycan millisi doğma meydanda İsveçə böyük hesabla qalib gəlib. Millimiz Emin Mahmudovun 2 və Renat Dadaşovun vurduğu qolla güclü rəqibini 3:0 yenib. Üstəlik komandamız ikinci hissənin əvvəllərindən azlıqda oynayıb. Bəhlul Mustafazadə qırmızı kart alaraq meydandan qovulub. Qrupun digər oyununda Estoniyanın qonağı olan Avstriya yığması inamlı qələbə sayəsində liderliyi ələ keçirib - 0:2. Digər qruplarda keçirilən oyunlara gəlincə, Bolqarıstan – Macarıstan matçında qalib müəyyənləşməyib - 2:2. Monteneqro Litvanı 2:0 yenib. Portuqaliya səfərdə Lixtenşteyni 2:0 məğlub edərək, seçmə mərhələdə 9/9 edib. Lüksemburq Bosniya və Herseqovinaya 4:1 hesabı ilə qalib gəlib. Slovakiya evdə İslandiyadan güclü olub - 4:2.
Emin İsazadə