Açıq Avropa turnirində ölkəmizi qadın cüdoçular təmsil edəcək
2021-03-02 12:00
Martın 5-də Çexiyanın paytaxtı Praqada start götürəcək Açıq Avropa turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək. İki gün davam edəcək yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 6 idmançı mübarizə aparacaq. Açıq Avropa turnirində 46 ölkədən 589 idmançı mübarizə aparacaq.
Vüsalə camal