Ağstafada yol qəzası ölümlə nəticələndi
2020-02-15 12:06
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Saloğlu yolunda sürücü idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Qəza nəticəsində bir ailənin üzvləri Sara İsmayılova, Gülnar İsmayılova, Fərrux İsmayılov və onun yeddi yaşlı oğlu xəsarət alıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq Sara İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
Ruhəngiz Hacızadə