Canlı
900-dən çox itirilmiş sənəd tapılıb

2018-06-13 / 12:31

“Azərpoçt” MMC-nin “Poçtap” sistemində 915 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 294-ü sahiblərinə təhvil verilib. İndiyədək tapılan sənədlərin 608-i müvafiq strukturlara göndərilib, 13 sənəd isə “Azərpoçt”un şöbə və filiallarında saxlanılır. İtirilmiş sənədlər “Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.

Ruhəngiz Hacızadə