9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2021-05-25 12:05
2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25 may-3 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər. DİM-dən bildirilib ki, ümumi orta təhsil səviyyəsi üzrə 30 aprel, 1 və 15 may tarixlərində imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər də qeydiyyatdan keçə biləcəklər.
Vüsalə camal