9 ildən sonra Premyer Liqaya qayıdan Turan Tovuz yeni baş məşqçisini seçib
2021-05-18 18:00
9 ildən sonra Premyer Liqaya qayıdan Turan Tovuz yeni baş məşqçisini seçib. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev açıqlamasında Ayxan Abbasovun namizədliyi üzərində dayandıqlarını bildirib. 41 yaşlı mütəxəssis baş məşqçi postunda Əfqan Talıbovu əvəzləyəcək. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Ayxan Abbasovun son klubu Sumqayıt olub. O, daha əvvəl Zirəyə rəhbərlik edib.
Nərgiz camal