82 gündür faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılması tələb edilir
Faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasını tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 82 gündür davam edir. Ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Yolda Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.
Nərgiz Camalzadə