800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artırılıb

Prezident İlham Əliyev bu gün yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Doktorant, magistrant və tələbələrin təqaüdləri artırılıb, yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqları orta hesabla 15 faiz artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezident təqaüdləri də müvafiq olaraq 600 manata, dərəcəsindən asılı olaraq 330-500 manata çatdırılıb. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinət 500 manat müəyyənləşdirilib. Əlilliyi olan şəxslərin, Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdünün, yaşa və ailə başçısını itirməyə görə, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə müavinətlər də artırııb. Fəxri adlara layiq görülən şəxslərin aylıq təqaüdündə də artımlar var. Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik