80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyası seçkilərə hazırdır

Dairə üzrə fəaliyyət göstərən 49 məntəqənin 30-u İmişli, 19-u isə Beyləqandadır. Qeydə alınan 41 min 784 seçicidən 25 min 425-i İmişli, 16 min 359-u isə Beyləqandakı məntəqələrdə səsvermə hüququndan istifadə edə biləcək. Seçki prosesini izləmək üçün DSK-da 329 müşahidəçi qeydə alınıb. Məntəqələrin 6-da veb-kamera quraşdırılıb. 80 saylı İmşli-Beyləqan DSK üzrə 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.

Vəfa Şairova