8 prokurorluq işçisi vəzifəsindən azad edilib
2020-01-25 18:05
Ötən il prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9 777-i tam təmin olunub. Bunu 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.
Fərid Mehdiyev