8 noyabr zəfər gününə həsr olunan stolüstü tennis üzrə yarış reallaşıb
2021-11-03 18:00
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin təşkilatçılığı ilə 8 noyabr zəfər gününə həsr olunan stolüstü tennis üzrə yarış reallaşıb. Birincilikdə ali və orta ixtisas məktəblərinin gənclər təşkilatlarının üzvləri, eləcə də könüllülərdən ibarət 8 komandanın tennisçiləri iştirak edib. Birinci olan kollekiv kubokla, digər mükafatçı yerlərdə qərarlaşan komandalar isə diplomla təltif ediliblər.
Vüsalə camal