8 boksçumuz beynəlxalq turnirin ikinci gününə qələbə ilə başlayıb
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri davam edir.
Yarışın ikinci günündə 6 çəki dərəcəsində 18 döyüş keçirilib. Azərbaycan millisinin daha 8 boksçusu kuboka qələbə ilə başlayıb. Boks Mərkəzində keçirilən ənənəvi turnirin üçüncü günündə 20 görüş olacaq.
Zülfiyyə Telmanqızı