76 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Bakının NZS Qəsəbəsi, Babək prospektində avtomobilin vurduğu 76 yaşlı qadın ölüb. Belə ki, İsgəndərov Famil İsmayıl oğlu “BMC” markalı avtobusla hərəkətdə olarkən yolu keçməkdə olan piyada 1948-ci il təvəllüdlü Rzayeva İrina Georgiyevnanı ehtiyatsızlıqdan vuraraq xəsarət yetirib. O, aldığı xəsarətlərdən vəfat edib.
Vüsalə Cənnətova