750 ədəd ağac və kolun qanunsuz kəsildiyi aşkarlanıb
Ağdaşın Tofiqi, Qusarın Xuluq, İsmayıllının Tircan kəndlərində, Abşeronun İsrəfil Məmmədov, Bakının Xətai rayonu, Rahib Məmmədov küçələrində meşə fonduna daxil olmayan kəsimlər həyata keçirilib.
Ümumilikdə 750 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 83 min manatdan çox ziyan vurulmasına şübhələr müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Vüsalə Cənnətova