7 fevral - 5 mart idman həftəsi çərçivəsində Gəncədə veloyürüş keçirilib
2021-03-03 18:12
7 fevral - 5 mart idman həftəsi çərçivəsində Gəncədə veloyürüş keçirilib. “5 Mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunan yürüşdə Gəncə Velosiped Klubunun 30-a yaxın üzvü Əziz Əliyev küçəsi, Gəncə 2016 Avropa Gənclər Paytaxtı Parkı və Nizami prospektindən keçməklə 9 km-dən artıq məsafə qət edərək Heydər Əliyev Park Kompleksinin girişindəki Zəfər Tağında finişə çatıblar.
Vüsalə camal