7 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq. Kişilərdən Balabəy Ağayev, Turan Bayramov və Yaşar Nəcəfov tatamiyə çıxacaq. Qadınlardan Leyla Əliyeva, Gültac Məmmədəliyeva, Aydan Vəliyeva və Acelya Toprak qüvvəsini sınayacaq. Yarış aprelin 27-də başa çatacaq.
Azad Mustafayev