7-ci beynəlxalq superturnirdə bu gün rapid yarışlarına yekun vurulacaq
2021-12-21 10:12
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün rapid yarışlarına yekun vurulacaq. VI turda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov macarıstanlı Riçard Rapport, Rauf Məmmədov Çexiya təmsilçisi David Navara, Vüqar Əsədli isə rusiyalı Sergey Karyakinlə qarşılaşacaq. Sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand isə ABŞ şahmatçısı Fabiano Karuanaya rəqib olub.
Vüsalə camal