7 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirməsi yekunlaşıb
Bu il 13 ali təhsil müəssisəsindən 7-də akkreditasiya qiymətləndirməsi yekunlaşıb. Onlara 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, 3 ali təhsil müəssisəsinin akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılıb. 3 universitet üzrə isə bu prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub.
Fərid Mehdiyev