6754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
Bu günə qədər 6754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. İlin sonuna kimi isə 20 min insanın qayıdışı planlaşdırılır. Tezliklə Şuşaya, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana köçürülmə prosesinə başlanacaq.
Vüsalə Cənnətova