64 əcnəbi professor və müəllim ADAU tələbələrinə mühazirə deyəcək
2021-04-16 14:08
Azərbaycan Dövlət Aqrar Universitetinin elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub. İmzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Türkiyə və Rusiya da daxil olmaqla 4 ölkənin 6 universitetindən professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Tədris prosesi xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması ilə türk, ingilis eləcə də rus dillərində aparılacaq.
Fərid Mehdiyev