620 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alınıb
2021-11-10 16:08
Gömrükçülər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də bildirib ki, 622 kiloqramdan artıq heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb. Polis isə Bakıda Aydın Məmmədovu 2 kiloqram 145 qram olan heroin və 130 qram metamfetaminlə saxlayıb. Məlum olub ki, Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub.
Nərgiz camal