617 xət üzrə sərnişindaşıma fəaliyyəti dayandırılıb
2020-03-24 14:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə 24 martdan saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb. Ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq.
Nərgiz Camal