600 kq-dan artıq narkotik vasitə məhv edilib
2020-06-26 12:05
İsmayıllıda yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Polis əməkdaşları tərəfindən Cülyan kəndində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Vəfa Şairova