6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
2020-11-06 10:01
6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü ölkədə ilk dəfə radio verilişlərinin yayımına başlanıb. O gündən bu günə televiziya və radio sahəsi inkişaf yolu keçib. "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə Gəncədə yaradılıb və 2008-ci ilin iyunun 4-dən televiziyada yeni dövr başlanıb. "Kəpəz"də daha bir yenilik isə Kəpəz FM-in istifadəyə verilməsi olub. 2013-cü ilin fevral ayından yayımına başlayan regionun ilk radiosu bu gün kifayət qədər dinləyici auditoriyasına malikdir. Hədəfimiz hər zamankı kimi dinləyicilərimizin etimadını doğrultmaqdır.
Nərgiz Camal