Azərbaycanın daha altı idmançısı Parisdə Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verib. Badmintonçu Keişa Fatimə Zəhra yarışa Böyük Britaniyadan Kirsti Gilmura uduzaraq mübarizəni dayandırıb.
Qılıncoynatma yarışlarında təmsilçimiz Anna Başta isə 1/16 finalda Çinli Hon Yu Yandan üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Cüdo yığmamızın lideri Hidayət Heydərov da 73 kq-da mübarizəyə qoşulacaq.
Boksçu Məhəmməd Abdullayev alman Nelvi Tiafakla ilə güclünü ayırd etməyə çalışacaq.
Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz Edi Reski Dviçayo Avstriya təmsilçisi Kollins Filimona rəqib olacaq.
Sonda isə boksçu Malik Həsənov gürcü Laşa Quruli ilə 1/8 final görüşünə çıxacaq.
Fərid Mehdiyev