56 kq-dan çox narkotik vasitə və xeyli metadon həbi dövriyyədən çıxarıldı
Ötən gün Azərbaycanda ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqramdan çox heroin, 51 kiloqramdan artıq marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamindir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fərid Mehdiyev