54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Neftçalada 1970-ci il təvəllüdlü Elçin Məmmədov, rayonun Ramazanlı kəndində yerləşən fərdi yaşayış evində olan hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.
Azad Mustafayev