520 nəfər işsizə fasilə dövrü üzrə təqaüdlər ödənilir
2020-05-19 10:00
Pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranan 520 nəfər işsiz və işaxataran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır. Nazirlik tərəfindən onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir. Ümumilikdə bu ilin əvvəlindən Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib.
Fərid Mehdiyev