5000-dən artıq namizəd müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayıb
2020-09-14 10:04
Bu il 5000-dən artıq namizəd müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayıb. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, 8322 vakansiya elan edilib ki, bu da ötən ildəkindən 14 faiz çoxdur. Bu arada 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinin son günüdür. Qeyd olunan fənlər üzrə keçid balı 36 olaraq müəyyənləşdirilib. Namizədlər bugün saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə bilərlər.
Fərid Mehdiyev